Novruz bayramına hazırlıq – paxlavanın hazırlanma qaydası

PAXLAVA üçün lazım olan ərzaqlar:
1 kq un
250 qr kərə yağı
2 yumurta
200 qr xama
1 çimdik duz
1 ç.q maya
1ç.q şəkər tozu
1 ç.q un

 

 Hazırlanması:

Mayanı azca ilıq süd ilə köpürt.
Un yağla ovulub. Digər ərzaqlar da əlavə olunub yumşaq xəmir yoğrulur.
30 dəqiqə saxlanır.

İçi:

500 qr qoz ləpəsi, 500 qr şəkər tozu, 1 x.q hil, 1paket vanil.
Şərbət 2 st şəkər tozu, 2 st su, yarı limon qaynadın.
12 kündə tuturuq. Onun ikisini digərlərindən böyük tutun.
List yağlanır. Böyük kündənin birini yayıb listə sərin. Kənarlarını qaldırın. Arasını yağlayıb listin içi boyda yuxa yayıb sərin yağlayın və içi səpin. Bu ardıcılıqlla davam edin. Ən sonda digər böyük kündəni yayıb sərin. Üstünü romb şəklində kəsib iki yumurta sarısı və zəfəran dəmləməsi ilə üzərini rəngləyin. İstənilən ləpəsi üzərinə basın və 180 isidilmiş sobaya qoyun. 20 dəqiqə sonra çıxarıb kəsiklər yenidən kəsin və 1 st əridib qaynar kərə yağını üzərinə gəzdirin. Bütün aralara yağ getsin. Yenidən sobaya qoyub 15 alt üst qızaranda sonra götürüb əvvəldən hazırladığınız soyuq şərbəti üzərinə gəzdirin.
Şərbət dən yarı st saxlayıb üzərinə 1 x.q bal əlavə edib qarışdırın. Fırça ilə paxlavanın üzərinə çəkin.
Yenidən 5 dəqiqəlik sobaya qoyun.
Tefal tavadırsa içində soyuya bilər. Başqa metaldırsa paxlava istiikə içindən çıxarın ki yapışmasın. 

Pressaz.az