Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb.
Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
– Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
– Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
– Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə
– Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
– Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.