Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi.
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Ermənistanın ölkəmizə qarşı 30 il davam etmiş işğalçılıq siyasətini faktlarla xatırladaraq bildirdi ki, Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozaraq Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarsın.
Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, indiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələ bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik.
İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Azərbaycan 28 il ərzində ədalətin bərpa edilməsini gözlədi. Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz oldu.
Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi: “44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı. Son təxribat nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olması isə səbrimizi daşırdı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. Qarabağda yaşayan erməni sakinlər də separatçı kriminal rejimdən azad oldu. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Qarabağın erməni əhalisinin də hüquqları – dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.
Bəli, biz tarixi anların şahidləriyik. Biz 200 illik erməni layihəsinin, avantürizminin məhvinin şahidləriyik. Biz nəinki bunun şahidləriyik, eyni zamanda, zəhərli bir avantürizmi məhv etmiş xalqıq.
Çağdaş zamanda bir ilkə imza at¬dıq: separatizmə qalib gəldik. Müasir dünyada elə bir xalq yoxdur ki, sepa¬ratizmi diz çökdürsün. Bunu biz bacar¬dıq. Qətiyyətlə demək olar ki, qondar¬ma “Dağlıq Qarabağ Respublikası”nın “fəaliyyətini” dayandırmağa məcbur edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik liderlik bacarığı¬nın, nəhəng siyasətçi obrazının növbəti təntənə səhnəsidir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.