Onun sizin dəstəyinizə ehtiyacı var!…

Şəkildə gördüyünüz İlkin Qaraşov iki uşaq atasıdır. Yardımlı Rayon Şıxhüseynli kənd sakini 32 yaşlı  Qaraşov İlkin Xanbaba oğlunun sizin  köməyinizə ehtiyacı var. 
Öz həyatı haqqında Pressaz.az- a danışan İlkin Qaraşov deyir:
“Fəhləlik edərək övladlarımı, ailəmi  dolandırırdım.  2017-ci ildə torpaq uçqunu altında qaldım və hadisə nəticəsində belim sınıb. Ayaqlarım qurşaqdan aşağa işləmir. Çox özəl xəstəxanalarda müalicə almışam. xəstəliyimə görə Qaradağ Rayon Lökbatan qəsəbəsində kirayə qalıram.
 İndi imkanım yoxdur. Müalicələrimi davam etdirə bilmirəm.
Yataq yaralarım çoxdur. Kirayə haqqında verə bilmirəm. Ailəliyəm 2 azyaşlı övladım var. 
Övladlarımı da məktəbə göndərə bilmirəm. Vəziyyətim olduqca ağırdır, dözülməzdir. İmkanı çatan hər kəsdən xahiş edirəm mənə kömək edin. 
Millət vəkillərimizdən, iş adamlarımızdam, yüksək vəzifə sahiblərindən, sadə vətəndaşlardan kömək istəyirəm. Xahiş edirəm mənə yardım əli uzadın! ” 
Mənim əziz xalqım! Daim darda olanların, ehtiyac sahiblərinə əl tutan qayğıkeş, mərhəmətli insanlar, inanıram ki, Siz İlkinin səsini eşidəcək, onun sağalıb yenidən övladlarına ailəsinə sahib çıxmağına yardım edəcəksiniz.
Allahdan İlkin qardaşımıza şəfa diləyirik. 
Yardım etmək istəyənlər üçün əlaqə nömrəsi və bank hesabı
Könül Səssiz
Pressaz.az