Ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq

Ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji  hadisə haqqında xəbərdarlıq

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.  Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir

35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə  aşağı enəcək. Respublikanın rayonlarında yağıntılı olacağı,  sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın  17-dən 18-ə keçən gecə  respublikanın rayonlarında yolların buz bağlama  ehtimalı var.

Yanvarın  17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

eco.gov.az