“Novruz” yarmarkaları təşkil olunacaq – Vaxt və ünvanlar
Pressaz.az xezerxeber.az-a istinadən xəbər verir ki, martın 2-dən etibarən paytaxt Bakıda bayram yarmarkaları fəaliyyət göstərəcək. Yarmarkalar həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil ediləcək. Qiymətlər bazardakından ucuz olacaq.
Şənbəgünündən etibarən ”Novruz” yarmarkalarınastartveriləcək.
Paytaxt Bakının müxtəlif hissələrində kənd təsərrüfatı nazirliyi və bakı şəhər icra hakimiyyəti tərəfindənyarmarkalar təşkil ediləcək. Kənd təsərrüfatı yanında Dövlət Aqrar Ticarət şirkətinin şöbə müdiri Mais Musayev deyir ki,paytaxtın 4 nöqtəsində onlara məxsus yarmarkalarfəaliyyət göstərəcək.
Nazirliyin təşkil edəcəyi yarmarkalar Xəzər , Yasamal , Nizami və Səbail rayonunlarında yerləşəcək.
Mais Musayev deyir ki, yarmarkalarda diqqət ediləcək əsas məsələlərdən biri qiymətlərlə bağlı olacaq.
İndiyədək 200 fermer artıq qeydiyyatdan keçib. Məhsullarını yarmarkada satmaq istəyən fermerlər martın 7-ə qədər pulsuz olaraq qeydiyyatdan keçə biləcəklər…
Binəqədi, Xətai, Qaradağ, Nəsimi, Nərimanov,Pirallahı, Sabunçu və Suraxanı rayonlarında isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bayram yarmarkası qurulacaq.