Nizami Qərib:”Şəhidlər Xiyabanı”… FOTO
ŞƏHİDLƏR XİYABANI
Xalqın qibləgahıdır,
Şəhidlər xiyabanı.
Ümidi, pənahıdır,
Şəhidlər xiyabanı.
Tariximin gözüdür,
Söhbətidir, sözüdür.
Dünənimin izidir,
Şəhidlər xiyabanı.
Ocağımdı, pirimdi,
Gövhərimdi, zərimdi,
Qürurum, and yerimdi,
Şəhidlər xiyabanı.
Sarsılmayan vüqardı,
Gələcəyə memardı,
Qərənfilə məzardı,
Şəhidlər xiyabanı.
Zaman bizi sınadı,
Ağrım şana-şanadı.
Şəhidlərə anadı,
Şəhidlər xiyabanı.
Nizami Qərib.
20.01.2022