Nizami Qərib – Yeni şeirlər…

        BAŞ KOMANDANIM!

Sən ümüd çırğı oldun millətə,
Nur saldın Vətənə düşən zülmətə.
Adını həkk etdin əbədiyyətə.
Bu xalq səninlədir, baş kamandanım.

Demə ki, qurtardıq biz Qarabağla,
Göyçə, Zəngəzuru apar xoş çağa.
Düşmən niyyətini gözündə saxla,
Bu xalq səninlədir baş kamandanım.

Davamı gələcək bilirəm yenə,
İrəli-irəli vətən eşqinə.
Qələbə bizimdir, şükür bu günə,
Bu xalq səninlədir, baş kamandanım.

Səninlə tanınır bu gün adımız,
Sevinməz bu günə heç vaxt yadımız.
Bir daha sönməsin yanar odumuz,
Bu xalq səninlədir, baş kamandanım.

Qəribin sevinci hədsizdir, hədsiz,
Qarabağ yolları bərəsiz, bəndsiz.
Sonunda yaşadı bu millət dərtsiz,
Bu xalq səninlədir, baş kamandanım.

 

             AZƏRBAYCANIM!

Torpağım uğrunda, döyüşə girdik,
Hər bir qarışına qurbanlar verdik.
Dünyada cənnəti qoynunda gördük,
Əyilməz vüqarım, şöhrətim, şanım,
Qələbə qazandın, Azərbaycanım.

Dağıldı düşmənin bəndi, bərəsi,
Sevindi yurdumun dağı, dərəsi.
Göylərə ucaldı boz qurd nərəsi,
Şəfəqdən boylanan ümid-gümanım,
Qələbə qazandın, Azərbaycanım.

Düşməni məhv etdi sönməz nifrətin,
Yayıldı cahana məğrur qeyrətin.
Bitdi beş əsirlik zəfər həsrətin,
Yazdı yeni tarix baş komandanım,
Qələbə, qazandın Azərbaycanım.

Həvəslə döyüşdü müzəffər ordun,
İşğaldan qurtardı hər qarış yurdun.
Üç rəng bayrağınla zirvədə durdun,
Müasir, Türkçülük, dinim, imanım,
Qələbə, qazandın Azərbaycanım.

Azaddır Bərgüşad, Həkəri, Xaçın,
Füzuli, Cəbrayıl, Xankəndi, Laçın.
Qaçın, yağı düşmən, Şuşamdan qaçın,
Zəngilan ruhumdu, Kəlbəcər canım,
Qələbə qazandın, Azərbaycanım.

Nizami Qərib -Pressaz.az