Nizami Qərib :”Bayramınız mübarək, əziz Qadınlar!”… VİDEO

 

       SEVƏN BƏYƏM.

Bu gün sizin xoş gününüz,
Qoy ucalsın pak ününüz.
Həmişə gülsün üzünüz,
Hər gün sizə təbrik deyəm,
Qadınları sevən bəyəm.

Varlığınız mənə əziz,
Ürəyiniz coşqun dəniz.
Nurlu olsun hər cığır-iz,
Mən zülmətin qəstindəyəm,
Qadınları sevən bəyəm.

Hər kişinin taxt-tacısız,
Həm anasız, həm bacısız.
Yaşayasız dərd-acısız,
Arzulardır tək hədiyyəm,
Qadınları sevən bəyəm.

SƏN QADINIM OLARSANMI?

İncə belli, ay üzlüsən,
Xoş baxışlı, xoş sözlüsən.
Eşitdim ki, Izmirlisən,
Ürəyimdə qalarsanmı?
Sən, qadınım olarsanmı?

Fəsillərim qışa dönüb,
Duyğularım daşa dönüb.
Bircə damla yaşa dönüb,
Gözlərimə dolarsanmı?
Sən, qadınım olarsanmı?

Zülfün qara, sinən gərdan,
Vaz keçilməz belə yardan.
Keçsəm külli ixtiyardan,
Yar, qoynuna alarsanmı?
Sən, qadınım olarsanmı?

Bir qonağam bu diyarda,
Hə de, Qərib qalsın burda.
Çən-dumanda, qışda, qarda,
Mən solarsam, solarsanmı?
Sən, qadınım olarsanmı?

Bütün Azərbaycan xanımlarını, başda Şəhid və Qazilərimizin analarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ XANIMLAR!

Şair- publisist Nizami Qərib -Pressaz.az