Nizami Qərib: “ŞƏHİD QARDAŞIM” – VİDEO FOTO

             ŞƏHİD QARDAŞIM.
(Şəhid Teymur Zeynalovun əziz xatirəsinə)

Dağlar baş əyirdi əzəmətinə,
Tükənməz səxana, mərhəmətinə.
Vədəsiz yetişən şəhadətinə,
Ürəklər ağladı, Şəhid qardaşım.

Torpaqlar uğrunda döyüşə girdin,
Düşmənə layiqli cavabı verdin.
Sənintək igidi, sənintək mərdi,
Mələklər ağladı, Şəhid qardaşım.

Kövrəlib gözləri dolan arzular,
Gücünü Vətəndən alan arzular,
Ürəkdə yarımçıq qalan arzular,
Diləklər ağladı, Şəhid qardaşım.

Nizami, qayıtmır ötən zamanlar,
Birdə yaşanmayır yaşanan anlar,
Sənə əsən yellər, qarlar, boranlar,
Küləklər ağladı, Şəhid qardaşım.

 

SOCAR-AQŞ RƏHBƏRLİYİ VƏ KALLEKTİVİ ADINDAN ŞƏHİDİMİZ  TEYMUR ZEYNALOVUN  AİLƏSİNƏ DƏRİN HÜZÜNLƏ BAŞ SAGLIĞI VERİRƏM.
ALLAH RƏHMƏT ETSİN! AMİN

 

Nizami Şahgəldiyev  – Pressaz.az