Nizami Qərib: ” AZƏRBAYCAN! ” – FOTO

 

        AZƏRBAYCAN
Zaman gəldi, yatma, oyan!
Baş qaldırıb hay paşinyan.
Qara deyil, ağa boyan,
Ey qəlbi qan, Azərbaycan!

Abad olsun kənd-şəhərin,
Sona yetsin dərd-qəhərin.
Nur çiləsin hər səhərin,
Ey qəlbi qan, Azərbaycan!

Turan elin pöhrələnsin,
Yer üzünə səpələnsin.
Solmuş gülün rəngə gəlsin,
Ey qəlbi qan, Azərbaycan!

Rəşadətli, məğrur ordun,
Azad etsin əsir yurdun.
Ürəklərdə saray qurdun
Ey qəlbi qan, Azərbaycan!

Çiçəklənsin sağın-solun,
Hamarlansın daşlı yolun.
Qoy açılsın bağlı qolun,
Ey qəlbi qan, Azərbaycan!

 

                  GÖYÇƏ

İllərdir yad əldə qalan vətənim,
Buludtək gözləri dolan vətənim.
Gülləri saralıb, solan vətənim,
Solan güllərinə qurbanam Göyçə.

Göyçəgöl yerini “Sevan” alıbdı,
Yolların üzümə bağlı qalıbdı.
Çadır binələrin yağmalanıbdı,
Talan ellərinə qurbanam, Göyçə.

Düz otuz ildir ki, xaçlı zəncirdə,
Ürəyi yaralı, yaslı, zəncirdə.
Nizami Qəribəm, paslı zəncirdə,
Qalan əllərinə qurbanam, Göyçə.

 

Nizami Qərib –  Pressaz.az