Nizami Qərib & Cezayir Cengiz – Yeni Şeir – VİDEO

UNUDUBDUR DAĞLAR MƏNİ

Adı düşmür sözlərimdən,
Yaş qurumur gözlərimdən.
Nişanə yox, izlərimdən,
Unudubdur dağlar məni.

Uzaqdan hey durub baxdım,
Bulud kimi doldum, yağdım.
Ayrı düşdüm, yaddan çıxdım,
Unudubdur dağlar məni.

Qaçqın düşdüm, qayıtmadım,
Gül yamacında, yatmadım.
Mən dağları, unutmadım,
Unudubdur dağlar məni.

Qərib, Vətən deyə-deyə,
Dərdim sığmır yerə-göyə.
Azad edəmmədim deyə,
Unudubdur dağlar məni.

Nizami Qəribin ” Unudubdur dağlar  məni” şeirini Türkiyə Anadolu Dernek TV-də aparıcı, bir çox türk sinema-dizilərdə rol almış, aşıq, şair Cezayir Cengiz səsləndirib. 

Pressaz.az həmin videonu təqdim edir:

Pressaz.az