Nizami Qərib: “ÇƏKİRİK ZƏFƏRLƏ YOL QARABAĞA” – VİDEO
ÇƏKİRİK ZƏFƏRLƏ YOL QARABAĞA
Ali baş kamandan, əmrini verdi,
Cəngavər ordumuz, döyüşə girdi.
Çoxdur xalqımızın, igidi, mərdi,
Azadlıq gətirdi, ana torpağa,
Çəkirik zəfərlə, yol Qarabağa.
Yurdum deyə-deyə, gözlər ağlayıb,
Sətirlər ağlayıb, sözlər ağlayıb.
Babalar saldığı, izlər ağlayıb,
Sonunda sarıldıq, üç rəng bayrağa,
Çəkirik zəfərlə, yol Qarabağa.
İllərdir əsirdir, Kəlbəcər, Şuşa,
Dönüb köçkünlərin, baharı, qışa.
Toxundu düşmənin, ürəyi daşa,
Qovuşdu vətənim, azad bir çağa,
Çəkirik zəfərlə, yol Qarabağa.
Bir əldə silah var, bir əldə quran,
Varmı Türk oğlunun, önündə duran?
Bəsdi parçalandıq, yaransın Turan,
Zülmət gecələrə, bir günəş doğa,
Çəkirik zəfərlə, yol Qarabağa.
Qəribin həsrəti, itər o zaman,
Qara buludları, ötər o zaman.
Nərgizi, laləsi, bitər o zaman,
Bülbül qonaq gələr, bağçaya, bağa,
Çəkirik zəfərlə, yol Qarabağa.
Nizami Qərib – Pressaz.az