Niftalı Göyçəli:”NİZAMİ QƏRİB POETİKASI”….


Şair Nizami Qərib yaradıcılığında bədii söz sənətimizin zənginləşmə-sinə aid dəyərlər təqdim olunur…
Fikirimi bir qədər yığcam çatdırmaq üçün Nizami Qəribin aşağıdakı qıfılbənd şeirə cavab olan “Üçü bir” rədifli qoşmasına müraciət edək və nəzəri yanaşmadan keçirək. Qeyd edim ki, sazın fiziki və fəlsəfi təhlili bu qoşmada orjinal, əvəzolunmaz səviyyədədir. . Saz haqqında dəyərli şeirlər də var: “Abad könüllər şad edər, Nə günahı telli sazın” ,“Yanında lal olar ilhanmı dayaz, Yaxşı ki, sən varsan, ay sədəfli saz.” deyimləri misal çəkmək olar…Nizami Qəribin də qoşması zirvəyə qalxan bəddi münasibətdir..
     ÜÇÜ BİR
(Qıfılbəndin açması)
1.Sədəflidir taxta evin barısı,- (sazın gövdə və qolu) –metonimiya(taxta ev-sazın gövdəsi)
2.Üçü birdi, üçü birdi, üçü bir. -(1.gövdə, qolla gövdəni birləşdirən çərək hissə. 2.xərək. simlərin tutacaqları, aşıqların oturduğu yuva hissə.- 3.Həndəsi anlamda: Saz çanağının üz hissəsi, ellepis, abval hissəsi və qolun yastı, obval hissəsi.
3.Həyətindən ötüb keçən tel yolu,- (tel yolu-simlər-metonimiya)
4.Üçü birdi, üçü birdi, üçü bir.- (bir səsə köklənmiş üç-üç simlər…)

5.Pərdələrlə bölünübdür küçəsi,- (küçə -pərdəarası məsafə-metonimiya)
6.Bilinməyir nə gündüzü, gecəsi, -(sutkanın hər zamanında, həmişə səslənməsi. çalınması)
7.Beş barmaqdır bu yolların yolçusu, -(beş barmaq yolçu-bənzətmə təşbeh)
8.Üçü birdi, üçü birdi, üçü bir. – (pərdədə gəzən barmaqlar: 1 baş, şəhadət, orta. 2 şəhadət, orta və dördüncü, 3.orta, dördüncü və çəçələ.

9.Dərə-təpə zirvəsində ucalıq,- (sazın aşıqları-dərə-təpə-təşbeh)
10.Sabah-axşam, günortada haçalıq.-(haçalıq-təşbeh-minor-major səslər)
11.Bir uşaqlıq, bir cavanlıq, qocalıq, -(ömürdə bioloji mərhələ-üç ədədinə mistik uyğunlama)
12.Üçü birdi, üçü birdi, üçü bir.- (1.körpə südəmər, iməhləmə və yerimə 2.yeniyetmə, subaylıq və evlilik mərhələsi 3.50-dən ötən yaş dövrü –ahıllaşma və qoca-ixtiyar dövrü).
Bu açmada təkrirdən fərqli olaraq, hər bir “üçü” sözü ayrılıqda məna kəsb edir.Metonimiyalar.

                       Niftalı Göyçəli

 

          ÜÇÜ BİR
    (Qıfılbəndin açması)
Sədəflidir taxta evin barısı,
Üçü birdi, üçü birdi, üçü bir.
Həyətindən ötüb keçən tel yolu
Üçü birdi, üçü birdi, üçü bir.

Pərdələrlə bölünübdür küçəsi,
Bilinməyir nə gündüzü, gecəsi,
Beş barmaqdır bu yolların yolçusu,
Üçü birdi, üçü birdi, üçü bir.

Dərə-təpə zirvəsində ucalıq,
Sabah-axşam, günortada haçalıq.
Bir uşaqlıq, bir cavanlıq, qocalıq,
Üçü birdi, üçü birdi, üçü bir.

Nizami Qərib. 16.04.2021 

Pressaz.az