Nəğməkar-şair xanım Telli Sənəm Borçalının “Dünyaya yayılsın anamın adı” adlı yeni antologiya kitabı işıq üzü görüb – FOTO
Tanınmış nəğməkar-şair xanım Telli Sənəm Borçalının “Dünyaya yayılsın anamın adı” adlı yeni şeirlər toplusu, antologiya kitabı işıq üzü görüb. Kitabda müxtəlif şairlərin şeirləri yer alıb. Pressaz.az xəbər verir ki, bu münasibətlə Telli Sənəm Borçalı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.
Bu uğuruna görə Telli xanımı təbrik edir, ona yeni-yeni nailliyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Telli xanım!
Pressaz.az