Müşviq Rafaeloğlu: “ŞƏHİDİM” – FOTO VİDEO

 Müşviq Rafaeloğlu: ” Vətən azadlığı uğrunda daha bir şəhidimiz General mayor Polad Həşimov şəhidlik zirvəsinə yüksəldi. Sumqayıtda yaşayırdı. Bu şeiri ürək ağrısı ilə ona həsr etmişəm.


                   ŞƏHİDİM

Yol verin vətənin ərən oğluna
Havadan şəhidin qoxusu gəlir.
Çiçəklər döşəyin onun yoluna,
Vətənə can verən şəhidim gəlir.

 

Səngərə sığmadı qüruru onun,
Namərdə göstərdi gücünü qolun.
Torpağı almağın tək bircə yolun
Bu xalqa göstərən şəhidim gəlir.

 

Düşmən üzərinə əsgər tək getdi,
Zirehli tankını özü məhv etdi.
Düşmən təlaşlanıb süquta yetdi,
General rütbəli şəhidim gəlir.

 

Vətənin ağrılı bu dar günündə,
Dayandı zabit tək əsgərdən öndə.
Qorxuda bilmədi onu ölümdə,
Qəhrəman rütbəli şəhidim gəlir.

 

Adından bəllidir Polad ərənin,
Zəhmiylə öldürdü yüzün gədənin.
Vətənin olacaq qədir bilənin,
General rütbəli Poladım gəlir.

                   OĞULLAR 
Xalqımda əzəmət vüqarı gördüm,
Qürurludur Vətən deyən oğullar.
Qəzəbli intiqam hissini gördüm,
Düşməni didməyə hazır oğullar!

 

Şəhidi şərəflə torpağa verib,
Qan örtmüş gözlərlə kəfəni geyib.
Vətənçün ölməyə hazıram deyub,
Şəhid qisasını alar oğullar!

 

Mərmilər bu xalqı sarsıda bilməz,
Babəklər yurdunda igidlər ölməz.
Namus, ləyaqəti düşmənə verməz,
Hər gün doğulacaq şəhid oğullar!

 

Zəfərə aparan yolum səngərdi,
Hər övlad mübariz, igid əsgərdi.
Oğlum Koroğludur, qızım Həcərdir,
Yenilməz ordumda mərddir oğullar!

        AĞLAMA, ANAM!

Göz yaşında min qürurla,
Şəhidinə baxan Anam.
Fəxr edirik biz onunla ,
Ağlama sən, igid anam.

 

Şəhid oğlu məğrur dayan,
Sevinməsin düşmən olan.
Alqışlayır hər tin, dalan,
Ağlama sən, igid Anam.

 

Şəhid qızı sil yaşını,
Uca tut hər an başını.
Atan sevməz heç ahını,
Göz yaşına qıymaz anam!

 

Bu Vətənin ən şərəfli,
Övladısan sən fərəhli,
Atan deyər şir ürəkli,
Ol, ağlama mənim balam!

 

                         MARŞ

Əmr elə, hücuma keçim, komandir,
Səngərdə mövqemi seçim, komandir!

 

Düşmənə dağ çəkim irəli gedim,
Hər addım atdıqca birin məhv edim.
Vətənə göz tikən gözlərin oyum,
İzn ver, işığa mən həsrət qoyum!

 

Əmr elə, hücuma kecim, komandir.
Səngərdə mövqemi seçim, komandir.

 

Analar görməsin daha göz yaşın,
Qisasın alacam şəhid qardaşın!
Hər qarış torpaqçün candan keçərik,
Odlar Yurdumuzu azad edərik.

 

Əmr elə hücuma kecim, komandir.
Səngərdə mövqemi seçim, komandir.

 

Üç rəngli bayrağım şərəfim, şanım,
Başımın tacıdır, həmdə vüqarım.
Vətənə qurbandır mənim bu canım,
Yaşa sən, ey şanlı Azərbaycanım!!!

 

 

 

 

Pressaz.az