Musa Yaqubun oğlu: “Atam xəbəri eşidib kövrəldi”

“Musa Yaqub xəbəri eşidib sevindiyindən kövrəldi”.
ONA-nın məlumatına görə bunu Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.
O, bildirib ki, Musa Yaqub xəbəri öyrənəndə sevincdən kövrəlib: “Xəstəliyi davam edir deyə özünü bir qədər narahat hiss elədi, hazırda dincəlir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Musa Yaquba Xalq şairi adı verilib.
Pressaz.az