Müdafiə naziri Zakir Həsənov: Yeddi kənd işğaldan azad olunub

“Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub”.

Pressaz.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Zakir Həsənov deyib ki, Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirir. nazir bildirib ki, təkcə ön xətt deyil, düşmənin dərinlikdə yerləşən hərbi məntəqələrinə zərbələr endirilir: “Düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir”.