Mübariz Hüseyn: “TARİX YAZIR O YERDƏ”…
TARİX YAZIR O YERDƏ
Qələbə müjdəsiylə
Üzü gülür yurdumun.
Vur deyib, gur səsiylə
İgid oğlu ordumun
Tarix yazır, o yerdə.
Zəfərə doğru gedir,
Tutub haqqa üzünü.
Xalq üstündən yox edir,
“Qaçqın”, “köçkün” sözünü
Tarix yazır o yerdə.
Tarixdən iki alıb,
Məktəbdə fikir edən,
Zamanı lərzə salıb
Olubdur öndə gedən
Tarix yazır, o yerdə.
Xocalı qətliyamın
Alacaqdır öcünü.
Yağı görür əyyamın
Azərbaycan gücünü
Tarix yazır, o yerdə.
Odur nur saçan, ancaq
Zülmət gecə, sübh danı.
İnamım var, qoyacaq
Qələbəyə NİDANI!!!
Tarix yazır, o yerdə.
Mübariz Hüseyn Borçalı – Pressaz.az