Mübariz Hüseyn: “BÖYÜK MÖCÜZƏ” – FOTO
BÖYÜK MÖCÜZƏ
Gözünü ey bəşər aç, Haqqa inan.
Səmavi gələn kitab, haqq səsidi.
Canlı qurban, əvəzi nazil, olan,
Möcüzə ümmanının qətrəsidi.
Olsa da peyğəmbərçün dəhşət, ağır
Övladı qurban edir xəlq edənə.
Qəfil aləm ağarır, nurmu yağır?
İsmayıl bənzəməyir can güdənə.
İlahi öz payını qurbana etdi əvəz
Rəhminin mərhəməti açdı düyün.
Belə sevinc tapmazsan dünyanı gəz.
Bu günün hikmətinə çatarmı gün?
Pressaz.az