Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir…

Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.
   Dahi liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz dili ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”. 

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühim yer tutur. Şamaxı Dövlət Regional Kollecinin direktoru Vəliyev İlham Əli oğlu,  o, müəllimlərdəndir ki,  onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunədir. Onun öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqaları üçün xüsusi bir örnəkdir. İlham müəllim səbirlidir, hislərini cilovlamağı bacarır. Ciddilik və mərhəməti, mülayimliyi düzgün shəkildə uzlaşdırır. Onun xususi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirə layiq bir  hərəkətdir. 

Kollecin tələbələri ilə görüş zamanı tələbələrdən biri, Məmiyeva Lamiə, II qrup Qarabağ müharibəsi əlili, Ağayev Şamil qızı  təhsil aldığı kollec və onun direktoru İlham müəllim haqqında bu sözləri söylədi: ” İlham müəllim kollecdə gözəl nizam -intizam  yaratmış və tələbələrə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki,  əsl vəzifə borcunu vicdanla yerinə yetirən,  vətənpərvər,  İlham müəllim  kimi müəllimim var”. 

Şamaxı Dövlət Regional Koleci sözün həqiqi mənasında sənətinin mütəxəsisini yetişdirən təhsil müəssisələrindəndir. Kollecin rəhbərliyi, pedoqoji kollektivi, ən başlıcası isə direktor İlham müəllim və müavinləri  bu istiqamətdə olduqca prinsipaldırlar. 

 II qrup Qarabağ müharibəsi əlili Ağayev Şamil Mirsahib oğlu Pressaz.az vasitəsilə  Təhsil naziri Ceyhun Bayramova və  Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyevə öz təşəkkürünü bildirir:  “Cənab  Nazir, çox sağ olun  ki, təhsil müəssisələrini  İlham Vəliyev kimi etibarlı, savadlı kadrlara  əmanət etmisiniz. Bir ata kimi Sizlərə öz dərin minnətdarlığımı bildirirəm. Hörmətli İlham müəllim, qızım  Məmiyeva Lamiəyə göstərdiyiniz  xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm . Allah Sizlərdən razı olsun “.

Biz də Pressaz.az olaraq Təhsil Naziri Ceyhun Bayramova, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham müəllimə və onun kollektivinə iş fəaliyyətində uğurlar diləyir və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirik!

 

Pressaz.az