MÜƏLLİM – ƏN ŞƏRƏFLİ PEŞƏ
Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir.Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir.
İnsana ilk düz yol göstərən, onun yaşamaq üçün mükəmməl insan olmasında stimul verən əsas qüvvə müəllim sayılır. Belə müəllimlərdən biri də Sumqayıt şəhər 31 saylı məktəbin direktoru Xanım Əhmədovadır.
31 saylı orta məktəb – yenilikləri qəbul etdiyinə görə, İnnovasiya ilə bağlı, layihələr və s. tədbirlərdə şagirdlərin iştirakına görə ən yaxşı məktəblər sırasındadır. Ümumiyyətlə, şəhərdəki ictimai fikirdə, valideynlərin rəyində bu məktəbin adı tez-tez hallanır. Təbii ki, bütün bu naililiyyətlər məktəbin direktoru Xanım Əhmədovanın iş həyatındakı uğurlarıdır.
Xanım Əhmədova o müəllimlərdəndir ki şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edir. Valideynlərlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinməyi özünə borc bilir. Və bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü (World Teaches’ Day) qeyd edilir. Bu bütün müəllimlərin, təhsil sistemi işçilərinin peşə bayramıdır. Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür – müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər.
Biz də Pressaz.az saytı olaraq bu bayramın sevincini onlarla bir hiss edərək Əziz Müəlliməmiz Sumqayıt şəhər 31 saylı məktəbin direktoru Xanım Əhmədovanı təbrik etmək istəyirik.
