MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Şuşanın tanınmış ziyalılarından Vaqif Hüseynovla görüşüb – FOTO

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşanın tanınmış ziyalılarından Vaqif Hüseynovla görüşüb. Görüşdə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusu alması, bundan irəli gələrək hər bir ziyalını, mədəniyyət işçisi və incəsənət xadiminin üzərinə düşən mənəvi vəzifələr barədə fikir mübadiləsi aparılıb. Q.Paşayeva Vaqif müəllimin övladı Respublikanın Əməkdar artisti Anar Şuşalının öz repertuarında hər zaman vətənpərvər ruhlu mahnılara və klassiklərin irsinə müraciət etdiyini minnətdarlıqla qeyd edib.
Vaqif Hüseynov səmimi görüş və fikir mübadiləsi üçün komitə sədrinə təşəkkür edib.