Mirəli Məmməd: ” MƏNİM ŞANLI ORDUM, QƏHRƏMAN ORDUM”!
MƏNİM ŞANLI ORDUM, QƏHRƏMAN ORDUM.
Göstərdin gücünü, rəşadətini,
Mənim şanlı ordum, qəhrəman ordum.
Vətənə sevgini, məhəbbətini ,
Alındı torpağım, alındı yurdum.
Mənim şanlı ordum, qəhrəman ordum.
Bitdi intizarım, bitdi həsrətim,
Sevindim, şad oldum, getdi həsrərim,
Məni çox sıxırdı, ötdü həsrətim,
Axır ki yurdumu mən azad gördüm.
Mənim şanlı ordum, qəhrəman ordum.
Vəhşi sifətini gördün düşmənin,
Mənfur torbasını hördün düşmənin,
Layiqli cavabın verdin düşmənin,
Özümdə güc tapdım, ayaqda durdum.
Mənim şanlı ordum, qəhrəman ordum.
Bir tarix yazırsan hünərinlə sən,
Düşmən qan ağlayır cəsarətindən,
Mirəli Məmmədəm, fəxr edirəm mən,
Sən güclü ordusan fərqinə vardım.
Mənim şanlı ordum, qəhrəman ordum.
Mirəli Məmməd – Pressaz.az