MİL BƏLƏDİYYƏSİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Milli lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: “Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkilərin keçirilməsi haqqında 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəallar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir”. Digər bir çıxışında milli lider belə bir məqama da toxunub: “Biz Azərbaycanda tam müstəqil yerli özünüidaretmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir… Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində çox işlər görülə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”. 

Ümummilli liderimiz tərəfindən yerli özünüidaretmə orqanlarını yaradılmasının həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyi gündəmə gətirilib. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunurdu ki, insanlar öz fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin.

əmsil edən qurumlar ictimaiyyətdə yerli özünüidarəetmə orqanları barədə müəyyən təəssürat yarada biliblər.

Günün tələbləri səviyyəsində öz işini qurmağı bacaran bələdiyyə qurumlarından biri də Beyləqan rayonunda fəaliyyət göstərən Mil  Bələdiyyəsidir. Bələdiyyə sədri Rasim Mehdiyevin Pressaz.az saytına verdiyi müsahibədə birdirdi ki, yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin fəaliyyəti xeyli inkişaf etmişdir. Kənd camaatının sosial rifahının yaxşılaşması üçün şərait yaradan bələdiyyə sədri bundan sonra da köməyə ehtiyacı olan insanlardan qayğısını əsirgəməyəcəyini söylədi və 2019 yeni Bələdiyyə seçkilərinə hazırlaşdıqlarını qeyd etdi. Məhz milli liderin tövsiyyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq 19  ildir ki, yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir. Ötən illərin təcrübəsi onların təşəkkül taparaq əhali arasında yüksək nüfuz qazanmasını şərtləndirib. Həmin müddət ərzində bələdiyyələri tBiz də öz növbəmizdə Mil Bələdiyyəsinin sədri Rasim Mehdiyevə və onun kollektivinə uğurlar diləyirik.

                                                                                                         Mətni hazırladı:  Ramilə Məmmədova