MAYA QASIMOVA: GÖZLƏRİM QAN AĞLAYIR
GÖZLƏRİM QAN AĞLAYIR
Düşəndə yadıma vətənimin yaxın keçmişi
Göz önümdə canlanır yenə Xocalım!
Ürək qan ağlayır, hey fəryad edir.
Qəm-qüssə içində boğuluram mən.
Gözlərim qan ağlayır yada düşdükcə.
Ürəyim nisgilli, kədərlə dolu…
Bu fani dünyanı fikirləşdikcə.
Bəzən suallarım yarımçıq qalır
Həyatın hər acısın fikirləşdikcə
Gözlərim qan ağlayır yada düşdükcə.
Vətənimin baharı qışa çevrildi
Elim, obam keçdi oddan, alovdan.
Dəyişdi vətəndə hər bir güzaran
Gözlərim qan ağlayır yada düşdükcə.
Nə yaxşı dəyişir zamanın özü
Bağlanır qanayan yaranın gözü.
Ürəyimdən keçən bu duyğularla
Gözlərim qan ağlayır yada düşdükcə.
Pressaz.az