MAYA QASIMOVA : DAHİ NƏSİMİ

     

    DAHİ NƏSİMİ

Sonsuzdu qəlblərdə hörmət şairə
Hİkmətdir hər sözü, şeiri, kəlməsi.
Ürəyi oxşayır xoş qəzəlləri.
Oxuduqca ürəkləri fəth edir.

Dolur qəlblərə sevinc və kədər
Yaşadığı ağrı acılar getmədi hədər.
Həyatın amansız illərin keçdi.
Sözləri ox kimi qəlbləri dələrək keçdi.

Ağrılar içində güclü bir insan
Haqq üçün durmuşdu üzü göylərə.
Keçdi şirin candan üzündə gülüş
Göstərdi mərdliyi həyat naminə.

İnsana insanlıq göstərdi şair.
Nə qədər çəksədə qəmi, kədəri
Düzü-düz söylədi o dahi şair.
Odlu şeirləri dedi susmadan
Susmadı!… Susmadı!…Dahi Nəsimi!
Soydular dərisin o, haqq söylədi.

Gözünü islatdı xalqının qəmi
Qəmli gözlərinə qurbanam, şair
Gözündən ürəyə axan yaşa da.
Qüruru, mənliyi əyilməz şair!
Dağ kimi yenilməz o dahi şair!

Göstərdi mərdliyi həyat naminə
İnsana, insanlıq göstərdi şair.
Onun ölümünə yer-göy ağladı
Sevənləri geyindi qəm köynəyini.
Heç vaxt yaddan cıxmayan bir insan oldu
Tarixə yazıldı Dahi Nəsimi!

 

 NURLU CÜMƏ YETİŞSİN

Nurlu bir cümə gəlsin
Şad xəbərlə vətənə.
Çevrilsin Qarabağda
Müharibə zəfərə.
Şən mənzərə yaratsın
Reallıq həqiqətlə.
Tarixlərə çevrilsin
Ötüb keçən o illər.
Nurlu bir cümə gəlsin
Şad xəbərlə vətənə.
Eldən-elə yayılsın
Ən böyük məhəbbətlə.
Qalibiyyət sədası
Yanar ümid işığı
Sözündə, söhbətində.
Zaman özü gətirirər
O xoş günü tezliklə.
Dünyanın xoşbəxtliyi
Verilər bizim elə.
Nurlu cümə yetişsin
Şad xəbərlə elimə.
Buna rəvac versin
Uca Tanrım tezliklə.

 

 QARANLIQ DÜNYA

Gözlərim bağlıdı
yollarım bağlı.
Gərək yox zindana
Zindandayam mən.
Həyatım taleyim
Züĺmət qaranlıq.
Qaranlıq bir yerdə
Tufandayam mən.
Ürəyim dağlıdı
Ümidlərim puç.
Mən çata bilmirəm
Arzularıma…
Qaranlıqdan qorxub
Kömək istədim
Biri ümüd verdi
Təsəlli verdi.
Fərəhdən yaşardı
Gözlərim doldu.
Çırpındı ürəyim
Köksündən çıxdı.
Biri söz verdi mənə
Yarı yolda buraxdı…
Nə vaxtdı qolumu
Qoynumda qoymuş.
Gözləyirəm onu
Ümid verəni.
Apar məktubumu
Apar göyərçin.
Çatdır məktubumu
Ümid verənə…
Üsyan edir qəlbim
Çıxır yerindən.
Ahım yetişəcək
Onun qəlbinə.
Dərdımın dərmanı
Yox ımiş kimi.
Yaralı quş kımi sızıldayıram.
Tək tənha qaranlıq
Dünyamda bitmiş…
Tənha biriyəm.
Bitmiş bilirəm
Arzum, xəyalım. 
Ancaq möçüzələr
Taparsa məni.
Açılar gözlərim
Gülər gözlərim.
Açarı xeyirxah
Təbib əlində.
Açarı xeyirxah
İnsan əlində.
Qaranlıqdan qorxub
Kömək istədim
ALLAHIM səndən.

 

DEYİRLƏR GƏLİR O

Eşitdim qayıdır
Güldü gözlərim
Göz yaşım axdı.
Sanki yer üzündə
Şimşəklər çaxdı
Göy guruldadı.
Qəlbimdə, könlümdə
Günəş parladı.
Nə yaxşı qayıdır
Çəkdiyim intizar
Bitir indicə.
Bax! İndicə evimizə
Ayaq basanda
Devinc çələngini
Sərəcəm yerə.
Bəzədim evimin
Divarıın daşın.
Qovdum evimdən
Qəmi, kədəri.
Geyindim əynimə
Gözəl libası.
Onun gəlişini
Gözləyirəm mən
Elə bil gəlşiylə
Bahar da gəlib.
Hər yan al-əlvan,
Çöl də, çəmən də.
Onun gəlişinə
Gül ətir çaçır.
Zövq ilə bəzəndi,
Hər yan, hər tərəf.
İntızardı sənsiz
Evim, ocağım.
Həsrətin çəkmişəm
Gör neçə vaxtdı…
Qayıdır…Qayıdır O!…
Bitir həsrətim..

 

Pressaz.az