MAYA QASIMOVA : DƏYİŞİR DÜNYA

    DƏYİŞİR  DÜNYA

Keçməsin bu dünyada mənasız ömür.
Dəyişir dünya
Günkarcasına başını əyir.
Rəngini dəyişir səhər də, gün də.
Ölçüdə, biçidə olan bu dünya.
Dəyişir rəngin gizlicə
Qarışır, dolaşır hər vaxt içində.
Hər gün yeni şimşək çaxır dünyada.
Ağ da, qara da dəyişir rəngin
Alışır, həm sönür bu dünya. ..
Var bu dünyada səhvə düz deyən
Düzü səhv söyləyən
Qara niyyətli insanlar var.
Dünyada dəhşətli faciələr var.
Zaman dəyişir, həyat dəyişir
Dünya günakar kimi başını əyir.
Təzədən yazıla dünya qanunu.
Fələyin etdiyin hədər eyləyə
Zamanın sözünü, hökmünü
Xoş niyyət edə.
Yanan ürəklərə sərinlik verə.
Bəlalı dünyada ömür gün keçir.
Yaşayırıq işimizdə gücümüzdə biz, ömür öz harayında.
Var bu dünyanı qəzəbindən oyuncaq bilən.
Keçməsin bu dünyadan
mənasız ömür.

 

     ALIN YAZIMI SİLƏ BİLSƏM

Həyatın öz qanunları var
Mən onları yoluna qoya bilsəydim
Əgər alın yazımı silə biləydim…
Taleyimə bir libas biçə bilsəydim.
Qəlbindəki nigarançılığa
son qoya bilsəm.
Bəxtimin tutub əlindən
Kaş alın yazımı bir silə bilsəm.
Can atsamda xoşbəxtliyə

Çəkdiyım  bu dərdə son qoya bilsəm.
İçimdəki dəniz tufanı səngimir nədən!?…
Kövrəkləşir qəlbim
Kaş bunlara son qoya bilsəm.
Ömrümü, günümü nurlu
sabaha apara bilsəm.
İçimdəki tufanı yox edə
bilsəm.
Gözümdəki göz
yaşlarımı bir silə bilsəm.
Alın yazımı bir silə bilsəm.
Bəxtimin tutub əlindən
Nigarançılığa son qoya
bılsəm?

 

Pressaz.az