“Mən bir qadın tanıyıram”… – Amalya Vəliqızı

Mən bir qadın tanıyıram. Onu hər kəs görə bilər, hiss edə bilər. Ona görə yox ki, o tanınmış şairədir, ona görə ki, o hamının görmək istədiyi fədakar ana, xeyirli övlad, canı yanan bacı, zəhmətkeş ev xanımı və sevilən şairədir. Yəni hamının görmək istədiyi zahiri gözəlliyi, mənəvi dəyərləri özündə cəmləşdirən bir şairədir. Söhbət hamımızın sevimlisi, təvazökarlığı ilə hamımızın qəlbində özünə yer tapmış gözəl şeirlərin müəllifi Ramilə Atəşdən gedir.
On bir kitabın müəllifi Ramilə Atəş Qarabağın Göz Yaşları Baş redaktoru və təsisçisi, Pressaz.az xəbər portalının rəhbəridir. Ona baxanda saydıqlarım və bir çox saya bilmədiklərim ağır və məsuliyyətli işin ağırlığını bu zərif, lətafətli qadının daşıdığını inanmağı gəlmir. Amma bütün çətinliyin, öhdəsindən qürurla, əzmlə gəldiyini onu tanıyan hər kəs çox gözəl bilir. Ətrafında olanlara biganə qalmayan, dərdlinin dərdinə nəinki şərik olan, imkanı olsa dərman almağa çalışan xanımdır.

Bu elin qızıyam fəxr edirəm mən,
Cənnət bağçasından gül dərirəm mən.
Elə xoşbəxtəm ki, eşitsin hamı,
Kədər də dostumdur, qəm də dostumdur.

“Daha bu dünyada dərdim də yoxdur”
Deyən şairə kədərini də, sevincini də şeirlərində sədəf kimi elə gözəl düzür ki, elə bil hər kəsin qəlbindən bir sədəf qoparıb. Ona görə də o, öz şeirləri ilə hamımızın qəlbinə nəinki girməyi, həm də fəth etməyi bacarır.
Ramilə xanım, Sizə yaradıcılıq yolunda yeni-yeni uğurlar, bu çətin eyni zamanda qürurverici işlərində, həmişə əzəmətli, vüqarlı, möhtəşəm olmağını arzu edirəm. Arzu edirəm xeyirli övlad, xoşbəxt qadın, xoşbəxt nənə və ən nəhayət həmişə torpağına, bayrağına, dövlətinə, millətinə baxanda fərəhlənən vətənpərvər bir şairə olasan. Üzündən təbəssüm, gözlərindən sevinc parıltısı əskik olmasın. Allahın verdiyi ömrü həyatın boyunca belə ətirli, təravətli, cansağlıqlı olasan. Doğum günün günəşin doğuşu kimi işıqlı, möhtəşəm olsun.

Amalya Vəliqızı
Azərnews.tv-nin rəhbəri