MƏLAHƏT İSMAYILQIZI: “HARDA QALDIN GÖYÇƏLİ DÜNYAM!?”…
HARDA QALDIN GÖYÇƏLİ DÜNYAM!?…
Sən əsir, mən əsir…
Bu küləklər hardan əsir!?…
…Ayrılıq küləkləri…
Qoca Dağdan əsən yellər,
Mənə Göyçəmdən bir xəbər?
Güney kəndi, yerindəmi?
Göyçə güllər yerindəmi?
Gökcə dəniz, yerindəmi?
Qara Quzey, Qoşqoruğu,
Palıdlının bənövşəsi, moruğu…
Dərənin calalığı – qarama güllər
Kərəmin bulağı…
Yarpız, kəkotu, quzuqulağı,
Solmazgülü çiçəyi
Göyçə dağlarının bəzəyi!
Harda qaldın, yaşıl gözlü uşaqlığım?..
Böyüməyə macal tapmayan körpəliyim…
Seyid Bayram Ağa Ocağı,
Minbir müşküllərin əlacı!
Seyid Qələm xala…
Halal süfrələri bin bərəkətli.
Anamın fırnı çörəyi,
Məsmə nənəmin qalın fətiri…
Göy gözlü Göyçə gölüm,
Göy gözlü Atam, Anam…
Harda qaldın xoşbəxtliyim!?…
Harda qaldın Ana ətirli Vətənim?
Göyçədə qoyub gəldiyim
Göyçəli dünyam!…
Niyə belə darda qaldın!?…
…Harda qaldın, Göyçəli dünyam!?…
Harda qaldın!?…
MƏLAHƏT İSMAYILQIZI
AJB-nin və AYB-nin üzvü
Tədqiqatçı- publisist, yazar.
Pressaz.az