Lalə Tağıyeva: “QARABAĞLIYAM” – VİDEO
QARABAĞLIYAM!
Qarabağlıyam,
27 ildir ürəyı dağlıyam,
Bənzədi həyatım qəfəsdəki quşa,
Düşməndə qalmışdı Şuşa.
Başım qalmışdı damsız,
Çünkü böyüdüm Ağdamsız.
Pul da etmədi məni varlı,
Əldən getmişdi Qubadlı.
Qorxularım olmuşdu gecələrim,
Xocalıda nə dəhşətlər yaşadı əzizlərim.
Laçınım, Kəlbəcərim
Dağlarınız boyda oldu dərdlərim,
Yox olmuşdu Füzüli,
Nələr törətdi erməni zəlili,
Xalqımın başına açdı oyunlar,
Göz yumdu buna kor dünyalar!
Verməzdik bir qarış torpaq,
Dünyadakı güclər olmasa idi alçaq!
Alçaqlara güc gəlir mübariz xalqım!
Cəbrayıl ilə başladı ilk addım!
Qayıtdı yurduma gözəl Zəngilan,
Bizi hec kim daha edə bilməz talan!
Murov zirvəsi, Suqovuşan
Qələbələr ilə bəzənir can Azərbaycan!
Qayitdı Qubadlı
Oldum iki qanadlı.
Allahım, qaytardıq Şuşanı!
Düşmənə qaraltdıq dünyanı.
Füzulidə görsətdik necə igidik!
Naxçıvana artıq yol çəkirik…
Torpağı hələ də qan qoxan, Xocalım
Rəbbim qoymadı sənsiz qocalım.
Xankəndinə qayıdır xan nəsli xalqım
Qisası alındı hər dağılan damın.
Ruhuna can verəcəyik Ağdamın
Laçın, Kəlbəcər, Xocavənd
Alındı hər bir şəhər, hər bir kənd.
Şanlı Tarixi qanı ilə yazır şəhidlərim,
Unutmaz bunu ulu millətim.
Bu Qələbə bizə əmanətdir!
Yaddaşımızı hər an yeniləmək qənimətdir.
Keçsin illər, əsirlər,
Yazsın övladlarımız şeirlər,
Belə başlasın sətirlər,
Qarabağlıyam!
Ürəyim dağlar boyda Azərbaycanlıyam!
Lalə Tağıyeva -Eyvazova – Pressaz.az