Könül Səssiz & Cezayir Cengiz – yeni şeirlər – VİDEO

   ACILARI MƏN MƏZARA GÖMMÜŞƏM

Bu dünyanın hər üzünü görmüşəm
Çox düzünü, əyrisini görmüşəm…
Nadanları həyatımdan silmişəm,
Acıları mən məzara gömmüşəm.

Nadürüstə əmək verdim hədərə,
Yolum düşdü məcbur qəmə, kədərə.
Ümid qalıb tək açılan səhərə,
Acıları mən məzara gömmüşəm.

Heç soruşma axı niyə susmuşam,
Danışmayıb daş heykəltək durmuşam.
Nifrətimi öz sevgimlə boğmuşam,
Acıları mən məzara gömmüşəm.

 

 

Pressaz.az Türk sinema-dizi oyuncusu, tele-aparıcı Cezayir Cengizin ifasında Könül Səssizin “Acıları mən məzara gömmüşəm”,  “Qızın bizə əmanət” şeirlərini təqdim edir: 

           QIZIN BİZƏ ƏMANƏT 

(Şəhid Gizir Yaşar Babayevə həsr olunub)

Döyüşdə düşmənin gözünü oyan,
Vətən, haqq yolunda canını qoyan,
Cənnət mələkləri eyləsin ayan,
Ey Şəhidim, qızın bizə əmanət.

Neçə illər yolunu gözlədiyin,
Dünya qədər xətrini istədiyin,
“Narin” ismində heç görmədiyin,
Ey Şəhidim, qızın bizə əmanət.

Pressaz.az