KÖNÜL SƏSSİZ :YALNIZLIQ DƏNİZİNDƏ ÜZÜRƏM TƏNHA
YALNIZLIQ DƏNİZİNDƏ ÜZÜRƏM TƏNHA
Yalnızlıq dənizində üzürəm tənha
Dayanacaq sakit bir limanım yox….
Dənizlər sonsuz…sahil görünmür.
Aparır ləpələr məni səssizcə
Naməlum qaranlıq izsiz bir yola.
Bir ilahi qüvvə,möcüzə olsa
Görünməz bir qüvvə məni qurtarsa
Yaxın bir sahilə məni aparsa
Bu ağır yükümü çiynimdən alsa
Yollar nura qərq olsa, səhər açılsa…..
Bu kabus yox olsa,bir yuxu olsa
Mən də oyansam. ….
Bilmirem yatmışam,yoxsa oyağam
Bilmirem xəyalam, yoxsa ki, gerçək…
Dondu duyğularım, durur ürəyim!…
Artıq döyünmür…..
Dur, ey zaman! Dur, sən məni gözlə!
Əlini uzat mənə sən də, ey həyat!
Yorulan ruhuma yeni həyat ver.
Mənə yaşamağa güc ver, qüvvət ver.
Ayağa qalxmağa səbəbim olsun…
Yenidən başlamağa ümidim olsun…
Pressaz.az – Könül Səssiz