Könül Səssiz: “SƏN ÇOX YAŞA, ALİ BAŞ KOMANDANIM!
SƏN ÇOX YAŞA, ALİ BAŞ KOMANDANIM!
Sən anadan qəhrəman doğulmusan
Çünki, elə, bir Dahinin oğlusan!
Qələbəyə gedən ümid yolusan
Sən çox yaşa, Ali Baş Komandanım!
Səsinə səs verir igid oğullar
Qorxuya düşübdür namərd yağılar.
Bir sözünlə düşmən gözü ovular
Sən çox yaşa, Ali Baş Komandanım!
Sən Vur! desən bu xalq eşqlə vuruşar
Qaçqın elin obasına qovuşar!
Bu əzmindən bütün dünya danışar
Sən çox yaşa, Ali Baş Komandanım!
“Qarabağ Azərbaycandır! Eşidin, bilin!
Bu torpaq bölünməz, ağzımda dilim!
Qana-qan! Cana-can!” -Hər kəsə dedin
Sən çox yaşa, Ali Baş Komandanım!
Pressaz.az-Könül-Səssiz.