Könül Səssiz: “Şəhid Səddam Bayramovun Anım Gününə”

“Şəhid Səddam Bayramovun Anım Gününə”

Bu gün sənin anım günün
İl nə tez ötdü, Səddamım.
Olacaqdı toy-düyünün
Bəy olacaqdın Səddamım.

Oldun sən dillərdə əzbər
Sorağın el-obanı gəzər.
Həsrətin qəlbləri əzər
Sevənlər ağlar, Səddamım.

Sən cənnətin müjdəçisi
Saf sevginin xəbərçisi
Qoy dünya duysun bu səsi
Şir ürəkliydi, Səddamım.

Mərd atanın igid oğlu
Anadan o, nər doğuldu.
Düşmənə sərt sipər oldu
İgid, qəhrəman Səddamım.

 

Bir bax, görüşünə gəlmiş dostların
Axır göz yaşları hey narın -narın.
Yolunu gözləyir o gizli yarın
Nə tez köçdün bu həyatdan, Şəhidim!?…

Baxıram məzardan baxan şəklinə
Sən sadiq qaldın andına, əhdinə.
Şan – şöhrət gətirdin el- obana, kəndinə
Vətən üçün candan keçdin, Şəhidim!

Könül Səssiz