Könül Səssiz:” Şəhid Atası”… FOTO – VİDEO
ŞƏHİD ATASI….
(Şəhid Səddam Bayramovun əziz xatirəsinə)
Gəlmişəm yenə də məzarın üstə
Gözlədim, gəlmədin, qulağım səsdə.
Anan həsrətindən inan ki, xəstə
Bir gecə yuxuma gəl, görüm, oğul!…
*****************
Darıxma, ay ata , üzülmə belə
Yerim çox rahatdır, cənnətdir mənə.
Anama xəbər ver, sevinsin o da,
Şəhidlik zirvəsi verilib mənə.
******************
Bilirəm, ay oğul, gözünə qurban
Yatdığın bu torpaq, izinə qurban.
Anadır, şəhid olduğunu bilir
Yenə də gözləyir, səsinə qurban.
*******************
Söylə, ağlamasın, qürurla gəzsin
Ömrünə baharın yelləri əssin.
Nigaran qalmasın, qəlbi yanmasın
Mənim təsəllimi qoy səndən alsın…
*********************
İgid oğlum, səninlə fəxr edir atan
Mənim nər oğlumdur, burada yatan.
Bilirəm, məkanın cənnətdir sənin
Üstündə də, bir cənnət yaratdı atan…
******************
Bilirəm çətindir sənə də, ata
Nə etsən çətin ki, qəlbinə yata.
Səni çağırırlar, Şəhid Atası!
Mənimlə fəxr eylə, ağlama, Ata!
Könül Səssiz- Pressaz.az