KÖNÜL SƏSSİZ: QADIN

        QADIN
Dunyanın dərdini tək tənha cəkər
Evində həm xanımdır, həm də ki, nökər.
Sevər, sevdiklərinin qayğısın çəkər
Yoruldum deməyən o, tənha qadın

Gecələr hər kəsdən gizli ağlayar
Xəstə balasının dərdinə yanar.
Gunduzlər şənlənər həyat canlanar
Dərdini qəlbində gizlədər qadın.

Kənardan baxanlar bəxtəvər deyir
Nə dərdi var ki , hamı söyləyir
Üzündə təbəssüm gülüş olsa da,
Gözüylə tənhayam pıçıldar qadın.

O dürüstdur , sadiqdir öz sevgisinə
Həyat yoldaşına, ailəsinə…..
Bəzən unudulub, tərk edilsə də,
Yenə də sınmayıb, yaşayar qadın!….