Könül Səssiz – “QƏHRƏMANLARIMIZI TANIYAQ!” – FOTO
Kapitan Muradov Elnur Namiq oğlu 07.08.1988 Saray qəsəbəsində anadan olub. Saray qəsəbəsi 2 saylı orta məktəbin 8 – ci sinfindən Naxçivanski adına hərbi litseyə qəbul olub. Daha sonra Hərbi Akademiyanı bitirərək hərbi xidmətə Murovdağda başlayıb. 7 il Murovda xidmət edib. Daha Sonra Ağstafa rayonunda yenə də ön xəttdə xidmətini davam edib. 2019- cu ildə Tağıyev qəsəbəsinə təyinat alıb. Lakin bir neçə ay sonra könüllü ərizə yazaraq yenidən ön xəttə göndərilməsini istəyib. Bu dəfə Füzuliyə təyinat alıb. Müharibə başlayandan Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalı, “Vətən müharibəsi iştirakçısı” ordeni ilə təltif edilib.
İGİDLİYİN OLUB DİLLƏRDƏ DASTAN
(II Qarabağ döyüşlərində qəhrəmancasına döyüşən, cəsur qardaşım kapitan Elnur Muradova)
İgidliyin olub dillərdə dastan
Qoy səni qorusun uca Yaradan.
Sorağın gəlir hey doğma diyardan
Elimin fəxrisən, Elnur qardaşım!
Atıldın döyüşə sən Koroğlutək
Düşmənin başını əzdin ilantək.
Bu vətən yaşayar, var oğlu səntək
Elimin qürurusan, Elnur qardaşım!
Aldın qisasını yağı düşməndən
Səsin gəldi Şuşadan, Füzulidən.
Qovdun kafirləri Cıdır Düzündən
Qarabağın fatehi, Elnur qardaşım!
Səninlə fəxr edir öz elin, oban
Vətən keşiyində sən möhkəm dayan!
Qeyrətinə qurban bu bacın, anan
Şirürəkli, cəsur Elnur qardaşım!
Şair-publisist Könül Sessiz – media.info.az