KÖNÜL SƏSSİZ : KÖRPƏ RÜQƏYYAM AĞLAR
KÖRPƏ RÜQƏYYAM AĞLAR
Gəldi məhərrəm ayı
Qəlbim yenə qan ağlar.
Kərbəla çöllərində
Körpə Ruqəyyam ağlar
Yezidin əllərində
O körpə balam ağlar.
Geymiş qara libası
O qara gözlüm ağlar.
İtirmiş anasını
Dil deyib onu ağlar.
Yad əllərdə əsirdi
Susuzluqdan yanar ağlar.
Yixilıb torpaq üstdə
Dizləri qan icində
Dodaqları çatlayıb
O Allah deyib ağlar
Zalım əlində qalan
Susuz səhrada yanan
Orda canın tapşıran
Məsum Ruqəyyam ağlar.