Könül Səssiz & Cezayir Cengiz: “ŞƏHİD ANASI” – VİDEO
ŞƏHİD ANASI
Bilirəm, təzədir qəlbin yarası
Bir məlhəm yoxdur ki, onu sarası.
O ölmədi, ürəklərdə qalası
Başını dik tut, Şəhid Anası!
Sən həyatsan, bu yaşama can verən,
Sən ümmansan, dəryalara pay verən.
Sən ürəksən, damarlara qan verən
Başını dik tut, Şəhid Anası!
İgidlər böyütdün, düşmənə sipər
Çəkdiyin əziyyət getmədi hədər.
Ağlama, qoy səni boğmasın qəhər!
Başını dik tut, şəhid Anası!
Bir çox Türk sinema-dizilərdə rol almış, Anadolu Dərnək TV -də aparıcı Cezayir Cengiz “Şəhid Anası” şeirini səsləndirib.
Pressaz.az həmin videonu təqdim edir:
Könül Səssiz – Pressaz.az