Könül Səssiz:” Ata, səndən tək nar ağacı xatirə qalıb”… FOTO
ATA SƏNİNÇÜN ÇOX DARIXMIŞAM!
Bu səhər evimizə gəlmişdi atam
Dedi ki, gəlmişəm bir azca yatam…
Çoxdandır yorğunam, çox darıxmışam..
Bəlkə yenə sənə nağıl danışam?…
Onun nağıllları şirin xəyaldı
Bunları söyləyib xəyala daldı…
Yenə əvvəlki tək əynində palto
Başında buxara papağı vardı…
Əvvəıki köynəyi əynində yenə,
O şux yerişi də əvvəlki idi….
Səsləndi o yenə əvvəıki təki
Çağırdı anamı, o ilk yarını
“Ay Gülü, bir çay ver mənə!
Hardasız?
Ay bala, eşitmirsiniz!?”
Söylədim:”Ay ata, sən gedən gündən
Bu ev də boş qalıb
Sənsizdi dündən….
İçini də yığıb aparıbdılar…
Daşını da söküb aparıbdılar…
Əkdiyin ağaclar sənsiz qocalıb…
Çiçəklər quruyub, kökü saralıb.
Artıq bağımızda bir ot da bitmir…
Bu həyət sahibsiz xaraba qalıb…
Sən getdin…
özünlə apardın sanki
Sevgini, hüzuru, hər sevincimi…
İndi nə bu o evdi…
Nədə ki həyət…
Çönüb qəmli-qəmli baxdı gözümə
“Axı tapşırmışdım- dedi üzümə
Anan əmanəti, ev əmanəti
Yurduna sahib çıx, el əmanəti!
Sənlə son görüşdə belə deyildi…
Ağaclar yaşıldı, nar gül açırdı…
Həyət yamyaşıldı…”
Bunları söyləyib susdu…
…susdu…
sakitcə
geriyə qayıtdı atam səssizcə…
Nə qədər çağırdım cavab vermədi…
Ardınca qaçmağa gücüm yetmədi…
“Qalx ayağa, özünə yaxşı bax!”astaca dedi…
Getdi….ha səsləndim
Duymadı məni…
…Ayıldım hər tərəf duman içində…
Sən demə oyatmağa gəlibmiş məni
Duyub ata qəlbi ölən qəlbimi..
Həkimlər həyəcanla deyir:
– nəbzi yox!..
Ürək dayanıb!…
…Aha! Qayıtdı! Ayıldı!
Nəbzi qayıtdı!…
Sən demə, yuxu imiş bütün olanlar..
Mənim harayıma gəlibmiş atam!…
….yalnız bir həqiqət var!…
Ata, ay ata!
Sən gedəli o həyət elə boş qalıb..
Səndən tək nar ağacı
Xatirə qalıb…
Şair publisist Könül Səssiz