KÖNÜL SƏSSİZ: AD GÜNÜN MÜBARƏK!
AD GÜNÜN MÜBARƏK!
Ad günün mübarək, ey əziz bacım!
Hər zaman olmusan arxam, dayağım.
Sənsən bu həyatda işıq mayakım,
Ad günün mübarək, ey əziz bacım!
Şeir aləmində ayrı aləmsən,
Bacılar içində sən bir dənəsən.
Anamın sevinci, səadətisən,
Ad günün mübarək, ey əziz bacım!
Əzmli duruşunla bir nümunəsən,
Sən kəsf olunmamış bir dəfinəsən.
Vətənini sevən bir divanəsən
Ad günün mübarək, ey əziz bacım!
AD GÜNÜN MÜBARƏK, VƏTƏNPƏRVƏR XANIM, GÖZƏL İNSAN, GÖZƏL ŞAİR, GÖZƏL QADIN,GÖZƏL DOST, GÖZƏL HƏYAT YOLDAŞI, GÖZƏL BACI, GÖZƏL ANA!
Könül Səssiz
Pressaz.az