İlqar Mikayıloğlu əməliyyat olundu
ATV-nin aparıcısı İlqar Mikayıloğlu əməliyyat olunub.
Pressaz.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, hüquqşünas Zülfiyyə Bayramova məlumat verib.
O, İlqarın xəstəxanada çəkilən fotosunu İnstaqram hesabına yerləşdirib. Zülfiyyə paylaşımına bu sözləri yazıb:
“Şükür İlqar əməliyyatdan sağ-salamat çıxdı. Allah hər xəstəyə şəfa versin”.