İLHAM NAMİQ KAMAL – Bu gün aktyorun 71 yaşı tamam olur – VİDEO

O, bir çox tamaşa və filmlərdə yaratdığı obrazlar ilə tamaşaçıların qəlbində taxt qurub. O, ifa etdiyi rollarla səhnəyə yeni bir nəfəs gətirib. Söhbət xalq artisti İlham Namiq Kamaldan gedir. Bu gün aktyorun 71 yaşı tamam olur. Belə bir gündə əməkdaşlarımız aktyor ilə həmsöhbət olublar.
“Misyo Jordan”, “Sultanqulu”, “Dadaşbala”, “Kələntər” və bunun kimi bir çox rolların ifaçısı ilə onun üçün doğma olan məkanda – teatr səhnəsində görüşdük. Bu gün həmişəkindən fərqli görünüşdə və daha baxımlı vəziyyətdə idi. Çünkü bu gün onun doğum günüdür.
71 yaşlı Xalq artisti İlham Namiq Kamal ilə söhbətimiz onun teatra ilk addımlarından başladı. Deyir ki, oynadığı hər tamaşa və film onun üçün doğma və əzizdir. Amma elə rolları var ki, onun həyatında dönüş nöqtəsi və ya insanlar arasında daha çox tanınmasına səbəb olub.
Aktyorun sözlərinə görə, indi də səhnədən uzaqlaşmayıb və yenə də istər kino, istərsə də teatrda yeni tamaşalara hazırlaşır.
Bugünkü tarix İlham Namiq Kamal üçün özəldir. Bu gün onun 71 yaşı tamam olur. Onu təbrik edənlər çox olsa da, onun öz yaşı ilə bağlı maraqlı bir zarafatı da var.
Xalq artisti indiki cavanların fəaliyyətini bəyəndiyini deyir. Onun sözlərinə görə, cavanları sadəcə istiqamətləndirmək və onlara yol açmaq lazımdır…