İlham Əliyevin sahibkarlara dəstəyi danılmazdır
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Biz sahibkarlar Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşılayır, həmçinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyə görə dövlətimizin başçısına təşəkkür edərək, ona arxalandığımızı bildiririk.
Ölkə rəhbərliyi tərəfindən son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarların qarşısındakı süni maneələrin aradan qaldırılmasına, onların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələrinə, ölkə iqtisadiyyatına vəsait qoymalarına, yeni və daimi iş yerləri yaratmalarına və nəticə etibarilə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlib.
Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradaraq işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən dövlətimizin başçısı özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Qlobal böhranın hökm sürdüyü bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının qorunması qarşıya qoyulan məsələlərin həllinə imkan yaradır.
Biz sahibkarlar gündəlik fəaliyyətimizdə cənab prezidentimizin böyük diqqət və qayğınızı hiss edir, ona güvənirik. Son günlərdə imzaladığı sənədlər, qəbul etdiyi qərarlar bunu bir daha təsdiq edir.
Beyləqan rayonu sahibkar Vüqar Ağəliyev