İlham Əliyev: “Bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır”!… FOTO

İlham Əliyev: Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır.

Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışdılar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək Vardenis qoymuşdur.

Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir.

https://youtu.be/QGlQ4j_i1vA