İdris Babayev: “BÜTÜN KAİNATI ANA ÇAŞDIRDI” – VİDEO
BÜTÜN KAİNATI ANA ÇAŞDIRDI
Bir şəhid anası dağlar qoynunda,
Od vurdu qəlbləri O alışdırdı.
Qaldırıb başının üstə tabutu,
Oğlunu Allaha yaxınlaşdırdı.
Bax belə Analar Vətəni saxlar,
Gör nəyin şahidi olur bu dağlar?…
Ananın köksündə ürək yox, dağ var,
Kim onun səbrini belə daşdırdı?
Qələbə sənindir Vətən, ay Vətən!
Daha gülməz sənə hər yoldan ötən,
Qışqırıb söylədi: Sağ olsun Vətən!
Bütün kainatı Ana çaşdırdı.
İdris Babayev – Pressaz.az