Hüquqşünas şair Ədalət Əroğlu: “VƏTƏN” – VİDEO
VƏTƏN
Vətənimdən necə küsüm, inciyim?
Vətən mənim damarımda qanımdır.
Anamızdan necə küsüm, inciyim?
O ki, mənim varlığımdır, canımdır.
Vətən məni bu günlərə çatdırıb,
Ömür verib, illərinə qatdırıb,
Şeir, sənət aləminə atdırıb,
O ki, mənim varlığımdır, canımdır.
Vətən mənim torpağımdır, daşımdır,
Ucal Vətən! Ucalığın başımdır.
Şanlı tarix əbədi yaddaşımdır,
O ki, mənim varlığımdır, canımdır.
İran-Turan hamısı qardaşımdır,
Kür-Arazım elə bil göz yaşımdır.
Məkkə-Mədinəmdir, qəlb sirdaşımdır,
O ki, mənim varlığımdır, canımdır.
Ay Əroğlu, vətəninə sən də yan,
Görəsən olarmı, Vətəndən doyan?
Vətənin yolunda sevginlə dayan,
O ki, sənin varlığındır, canındır.
Pressaz.az