Hüquqşünas şair Ədalət Əroğlu: “HARAY”

           

                        HARAY
(Vətənimizin ərazi bütövlülüyü uğrunda döyüşlər zamanı əsir düşmüş əsgər-zabitlərimizə, baba-nənələrimizə, ata-analarımıza, bacı-qardaşlarımıza, körpələrimizə ithaf edirəm)

Ədalətdən gəlir, haray,
Əsir düşən igidlərim.
Dözmür artıq, ərənlərim,
Qız-gəlinim, körpələrim.

İtgin düşən atam, haray,
Əsir düşən anam, haray,
İtgin düşən bacı, qardaş,
Körpəm üçün yanam haray.

Əsir düşən nənəm, haray,
İtkin düşən nəvəm, haray,
Qalmayıbdı bircə saray,
Tar-mar olub, Obam, haray!

Göz yaşları tökən bacım,
Yaddan çıxmır ötən acım.
Qarabağdır başda tacım,
Əsir düşüb, aman haray!

Əsirlərim gözü yolda,
Qollar bağlı sağda, solda,
Baş əyməyir o haqq yolda,
Kömək olun Tanrım, haray.

Zülmkarın zülmündəyik,
Demirik ki, pis gündəyik.
Biz də doğma Vətəndəyik,
Kömək olun, bizə haray…

Səsin məni qoymur yatam,
Səsinizə mən səs qatam.
Azad olam, mən də yatam,
Yolum bağlı, ellər haray!

Bulud olub, şimşək çaxam,
Dəniz olam, coşam qalxam,
Dərya olub, yurda axam,
Yanır dağım, daşım, haray.

Yurdumuzda gəzir yağı,
Tapdayıb o əzir bağı,
Qalıb əsir, yesir dağı,
Gözü yaşlı dağım haray.

Aman haray, yurdum haray,
Sızlayan vücudum haray,
Ürəyimdə dağım haray,
Bağlı qapım, evim haray.

Dəmir qapı arxasında,
Cırıq-salxaq çuxasında,
Gözü bağlı, sinə dağlı,
Yol gözləyən əsir haray!

Ədalətəm, bir bayrağam,
Xalq yanında üzü ağam.
Yatmamışam, mən oyağam.
Dalğalanam, əsəm haray!
Pis nəfəsi kəsəm haray!

 

AJB-NİN ÜZVÜ,
QIZIL QƏLƏM MEDİA MÜKAFATI LAUREATI,YURD JURNALININ VƏ “XXI ƏSR, ƏDALƏTLİ İŞ, DÜZGÜN SÖZ” QƏZETİNİN REDAKTORU
HÜQUQŞÜNAS-ŞAİR
QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)