Heydər Əliyev hərbi xidmətini başa vurdu – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.